Banerlər
Xəbərlər

 

“YARAT” AKADEMİYASININ NÖVBƏTİ PAYIZ SESSİYASINA QEYDİYYAT DAVAM EDİR

“YARAT” Müasir İncəsənət Məkanının elan etdiyi “YARAT” Akademiyasının növbəti payız sessiyasına qeydiyyat sentyabrın 11-də başa çatacaq.

Layihə 3 ayı əhatə edəcək. Mövzusu “Qeyri-ənənəvi tarix” olan sessiyada iştirakçılar çoxşaxəli tədqiqat metodları və tematik araşdırma metodu ilə tanış olacaq, tanınmış beynəlxalq və yerli rəssamlar, tədqiqatçılar və professorlarla görüşəcək, habelə panel müzakirə və seminarlarda iştirak edəcək və kursun sonunda verilmiş tapşırığı yerinə yetirməklə əldə edilmiş bacarıqları praktiki sahədə tətbiq edəcəklər.

“YARAT” Akademiyasının bütün xarici mütəxəssis mühazirələri Azərbaycan dilinə sinxron və ya ardıcıl tərcümə olunur. İştirak etmək istəyənlər müraciət edə bilərlər.

Qeydiyyat üçün helpdesk@yarat.az ünvanına, məktubun “Mövzu” bölməsində “YARAT Akademiya” qeyd edilərək ad, soyad və əlaqə telefon nömrəsi də göndərilməlidir.

BAKI. 09.09.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8746
Rusiya rublu
0.0259
Hava proqnozu
+25°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010