Banerlər
Xəbərlər

 

AVROPA ÇEMPİONATINDA DİN İDMAN CƏMİYYƏTİNİN YETİRMƏLƏRİ ALTI MEDAL QAZANIBLAR

Bu yaxınlarda Macarıstanın Györ şəhərində gənclər və yeniyetmələr arasında kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatı keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, qitənin 39 ölkəsindən 2 mindən artıq idmançının qatıldığı bu mötəbər yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirmələri üçün də uğurlu olub. Belə ki, onlar ümumilikdə millimizin medal mücrüsünə 6 mükafat əlavə ediblər.

Təmsilçilərimizdən oğlanların yarışında Məhəmməd İmanov, Əkbər Əsədov, Elnur Mustafayev qızıl, Rüstəm Alışov, Xəyal Dadaşov bürünc medala sahib olublar. Qızların mübarizəsində isə Mohandes Turan bürünc medal qazanıb.

Qaliblərlə görüşən DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova bildirib ki, onlar arasında polis əməkdaşlarının övladları da var. Asayişin, sabitliyin keşiyində ayıq-sayıq dayanan polis əməkdaşlarının övladlarını həm də savadlı, vətənpərvər, o cümlədən idman arenalarında ölkəmizi layiqincə təmsil edənlər sırasında görmək çox sevindirici haldır. O, hər bir uğurun ölkəmizin idman ictimaiyyəti üçün dəyərli olduğunu diqqətə çatdırıb.

BAKI. 06.09.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8746
Rusiya rublu
0.0259
Hava proqnozu
+25°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010