Banerlər
Xəbərlər

 

QARŞIDAKI HƏFTƏLƏRDƏ BAKI METROSUNDA DAHA 2 YENİ QATAR XƏTTƏ BURAXILACAQ

Bakıya gətirilən yeni qatarların hazırda depoda sazlama işləri aparılır.

Gələn ayın ortalarınadək Bakı metrosunda ümumilikdə 10 vaqondan ibarət 2 yeni qatar xəttə buraxılacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yeni qatarlar artıq Bakıya gətirilib. Hazırda qatarların depoda sazlama işləri həyata keçirilir. Bundan sonra isə qatarlar sınaqdan keçiriləcək və tezliklə xəttə buraxılacaq.

B.Məmmədov qeyd edib ki, daha 2 yeni qatar isə avqustun sonlarında Bakıya gətiriləcək və bununla da, cari il üçün nəzərdə tutulan yeni qatarların gətirilməsi yekunlaşacaq.

Xatırladaq ki, Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC cari ildə Bakı Metropoliteni üçün 30 yeni nəsil vaqon istehsal edib. İki qatar hazırda Bakı Metrosunda sərnişinlərə xidmət göstərir. Vaqonların istismar müddəti 30 ildir.

BAKI. 30.07.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8788
Rusiya rublu
0.0267
Hava proqnozu
+34°
 / +26°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010