Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN CÜDOÇUSU ZAQREB QRAN-PRİSİNDƏ BÜRÜNC MEDAL QAZANIB

Xorvatiyanın Zaqreb şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışı başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Azərbaycanı təmsil edən İrina Kindzerska beynəlxalq turnirin sonuncu günü bürünc medal qazanıb. Portuqaliya, Monqolustan, Ukrayna, Tunis idmançılarına qalib gələn Kindzerska yalnız turnirin çempionu, yaponiyalı Sone Akiraya uduzub.

Qeyd edək ki, Zaqreb Qran-Prisində 86 ölkədən 552 cüdoçu mübarizə aparıb.

BAKI. 29.07.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8788
Rusiya rublu
0.0267
Hava proqnozu
+34°
 / +26°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010