Banerlər
Xəbərlər

 

GİMNASTIMIZ MARİNA NEKRASOVA XXX YAY UNİVERSİADASINDA AZƏRBAYCANA İLK QIZIL MEDALI QAZANDIRIB

Azərbaycan gimnastı Marina Nekrasova İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında ölkəmizin aktivinə ilk qızıl medalı yazdırıb.

İyulun 7-də idman gimnastikası üzrə final yarışları keçirilib. Qadın idman gimnastımız Marina Nekrasova dayaqlı tullanma hərəkətində 14 tam xal toplayaraq qızıl medal qazanıb.

Bu yarışda 28 ölkədən 51 idmançı iştirak edib.

Kişilərin yarışında isə gimnastımız İvan Tixonov çoxnövçülük hərəkətində 79,600 xalla 11-ci yerdə qərarlaşıb.

Universiada çərçivəsində keçiriləcək bədii gimnastika yarışlarında Azərbaycanı Zöhrə Ağamirova təmsil edəcək.

BAKI. 08.07.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9096
Rusiya rublu
0.0267
Hava proqnozu
+34°
 / +24°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010