Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN BADMİNTONÇUSU “BENİN INTERNATİONAL 2019” TURNİRİNDƏ GÜMÜŞ MEDAL QAZANIB

Beninin Kotonu şəhərində “Benin International 2019” turnirinə yekun vurulub.

Kişilərin şəxsi yarışında ölkəmizi təmsil edən Edi Reski Dviçayo turnirin gümüş medalını qazanıb. Mübarizəyə əsas mərhələdən qoşulan badmintonçumuz onaltıdabir finalda Kot-d´İvuar idmançısı Aleks Zlobeyə 2:0 (21-10,21-8) hesabı ilə qalib gəlib. İdmançımız səkkizdəbir finalda hindistanlı Harşit Aqarval üzərində 2:0 (21-18,21-17) hesablı qələbə qazanıb.

Dörddəbir finalda badmintonçumuzun rəqibi ABŞ təmsilçisi Timoti Lam olub. Gərgin keçən qarşılaşmanın sonunda Edi Reski Dviçayo təcrübəli rəqibi 2:1 (21-16,21-23,21-18) hesabı ilə məğlub edib. Yarımfinalda Hindistan badmintonçusu Alap Mişra ilə görüşdə 2:0 (21-17,21-16) hesabı qələbə qazanan Dviçayo həlledici final görüşündə London və Rio olimpiadasının iştirakçısı, Şri-Lanka təmsilçisi Niluka Karunaratne ilə qarşılaşıb. Badmintonçumuz təcrübəli rəqibinə 0:2 (21-23,17-21) hesabı ilə uduzaraq turniri 2-ci sırada tamamlayıb.

BAKI. 01.07.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9096
Rusiya rublu
0.0267
Hava proqnozu
+34°
 / +24°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010