Banerlər
Xəbərlər

 

XƏZƏR İQTİSADİ FORUMUNUN FORMATI XƏZƏR REGİONUNUN HÜDUDLARINDAN ÇOX KƏNARA ÇIXACAQ

I Xəzər İqtisadi Forumunun formatı Xəzər regionunun hüdudlarından çox kənara çıxacaq.

Türkmənistanın Xarici İşlər nazirinin müavini Berdiniyaz Matiyev bu sözləri Aşqabadda keçirilən beynəlxalq mediaforumda söyləyib. Mediaforum bu il avqustun 11-12-də Türkmənbaşı şəhərində - Avaza Milli Turizm Zonasında keçiriləcək I Xəzər İqtisadi Forumuna həsr edilib.

Berdiniyaz Matiyev I Xəzər İqtisadi Forumunun gündəliyindən söhbət açaraq bildirib ki, həmin tədbirdə Xəzəryanı ölkələrin hökumətlərinin iqtisadiyyat nazirlərinin, şirkətlərin və bankların, habelə forumda iştirak edəcəklərini təsdiqləmiş məşhur xarici şirkətlərin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Forumun işinin ilk günündə beynəlxalq Xəzər İnnovasiya Texnologiyaları sərgisinin açılışı olacaq.

Elə həmin gün Xəzəryanı ölkələrin iqtisadiyyat və nəqliyyat nazirlərinin görüşü, region dövlətlərinin sahibkarlarının görüşü keçiriləcək. Nümayəndə heyətlərinin ikitərəfli görüşləri də nəzərdə tutulub.

Avqustun 12-də “Xəzər dənizi: beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı” mövzusunda beynəlxalq konfransın açılışında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcək.

Konfrans “Xəzər regionunda ticari-iqtisadi əməkdaşlıq”, “Xəzərdə nəqliyyat əməkdaşlığının perspektivləri”, “Xəzər dənizinin enerji potensialı”, “Xəzər regionunda sənayenin inkişafı”, “Xəzər üçün yaşıl iqtisadiyyat”, “Xəzərdə dəniz elmi araşdırmaları sahəsində əməkdaşlıq” sessiyaları üzrə təşkil ediləcək. İri layihələrin həyata keçirilməsi üçün şərait yaradılması məsələləri müzakirə olunacaq, Xəzər regionunun iqtisadiyyatının qlobal kontekstdə roluna dair diskussiya keçiriləcək, Xəzəryanı dövlətlərin iqtisadiyyatının neft-qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, aqrosənaye, turizm və digər sahələrində investisiya cəlbediciliyi mövzusu müzakirə ediləcək.

Mediaforumda Xəzər İqtisadi Forumunun https://cefavaza2019.gov.tm saytının təqdimatı keçirilib, Xəzər İqtisadi Forumunun əhəmiyyəti və perspektivləri barədə videofilm nümayiş etdirilib.

BAKI. 01.07.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8592
Rusiya rublu
0.0263
Hava proqnozu
+24°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010