Banerlər
Xəbərlər

 

AZƏRBAYCANLI ATLETLƏR FİNLANDİYADA BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDİBLƏR

Finlandiyanın Turku şəhərində atletikanın bütün növləri üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı Nazim Babayev (üçtəkanla tullanma) və Anna Skidan (çəkicatma) təmsil ediblər.

Qış mövsümünü üçtəkanla tullanma üzrə Avropa çempionu kimi başa vuran atletimiz nüfuzlu “IAAF World Challenge Meetıngs” turnirində 16,44 metr məsafəyə tullanmaqla beşinci yeri tutub. Yarışda çinli idmançı Yaminq Zu qızıl medalın sahibi olub. Amerikalı atlet Donald Skott isə gümüş medala layiq görülüb.

Çəkicatma yarışında isə Azərbaycanın “Tokio 2020” Yay Olimpiya Oyunlarına ilk vəsiqə qazanan atleti Anna Skidan iştirak edib. Atletimiz yarışda 70,59 metr nəticə ilə səkkizinci pillədə qərarlaşıb.

BAKI. 12.06.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8739
Rusiya rublu
0.0266
Hava proqnozu
+24°
 / +15°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010