Banerlər
Xəbərlər

 

ŞAHMATÇILARIMIZ AVROPA ÇEMPİONATINDA 4 MEDAL QAZANIBLAR

Rumıniyanın Mamaya şəhərində keçirilən məktəblilər arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.

Qitə çempionatında 12 şahmatçı ilə təmsil olunan Azərbaycan komandası 1 qızıl və üç bürünc medal qazanıb. Belə ki, Şəki şahmat məktəbinin 8 yaşlı yetirməsi Yusif Kərimli U-9 yaş kateqoriyasında Avropa çempionu adını qazanıb. Eyni yaş qrupunda mübarizə aparan Rafael Bayramlı üçüncü yeri tutub. Qızların U-9 yaş qrupunda Xanım İsmayılova bürünc medala sahib çıxıb. Naxçıvan Şahmat Məktəbinin yetirməsi Sadqi Məmmədov isə U-17 (Open) yarışında üçüncü yerə layiq görülüb.

BAKI. 10.06.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9020
Rusiya rublu
0.0265
Hava proqnozu
+31°
 / +22°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010