Banerlər
Xəbərlər

 

PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə telefonla zəng edib.

Dövlətimizin başçısı Qasım-Jomart Tokayevə prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

BAKI. 10.06.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9020
Rusiya rublu
0.0265
Hava proqnozu
+31°
 / +22°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010