Banerlər
Xəbərlər

 

BAKIDA “İNNOVASİYA FESTİVALI”NI 1800-DƏN ÇOX YERLİ SAKİN, 300-DƏN ÇOX XARİCİ QONAQ ZİYARƏT EDİB

Azərbaycanda ilk dəfə olaraq təşkil edilən “İnnovasiya Festivalı”nı (“İnnoFest”) ümumilikdə 1800-dən çox yerli sakin, 300-dən çox xarici qonaq ziyarət edib.

Bu barədə “İnnoFest”in yekunlarına dair mətbuat konfransında Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli deyib.

T.Kərimli bildirib ki, “İnnoFest” çərçivəsində beynəlxalq “Lightest” Forumuna, “İKT innovasiyalar və startap ekosistemi” seminarına, “EU4Digital proqramı”nın təqdimatına, “Monex Caspian Sammiti”nə, Gənclər İnternet İdarəçilik Forumu və III Robot Olimpiadasına ümumilikdə 1500-dən artıq iştirakçı qatılıb, onlardan 158-i xarici qonaqlar olub.

BAKI. 04.06.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8739
Rusiya rublu
0.0266
Hava proqnozu
+24°
 / +15°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010