Banerlər
Xəbərlər

 

BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA: BU GÜN BİZ RESPUBLİKA GÜNÜNÜ GÜCLÜ VƏ MÜSTƏQİL AZƏRBAYCANDA QARŞILAYIRIQ

Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir. Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda qarşılayırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 28 May - Respublika Günü münasibətilə xalqımıza ünvanladığı təbrikdə yer alıb.

Təbrikdə deyilir: "Əziz həmvətənlər, Sizi Respublika Günü münasibətilə təbrik edirəm. 101 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman aləmində ilk demokratik respublika elan olunub. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib. Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin parlaq taleyi bizim milli mənlik şüurumuzda dərin iz qoyub. Onun ideyaları, onun irsi bizim müasir dövlətçiliyimizin tarixi və mənəvi təməlini təşkil edib. Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir. Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda qarşılayırıq. Sizin hamınıza səadət, xoş günlər və sevgi, Vətənimizə isə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm".

BAKI. 29.05.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9020
Rusiya rublu
0.0265
Hava proqnozu
+31°
 / +22°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010