Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ AVSTRİYADA AVROPA OLİMPİYA KOMİTƏSİNİN İCLASINDA VƏ SEMİNARINDA İŞTİRAK EDƏCƏK

Mayın 17-19-da Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin iclası və seminarı keçiriləcək.

Tədbirdə ölkəmizi AOK İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un marketinq idarəsinin direktoru Mehman Kərimov təmsil edəcəklər.

Mayın 17-də Ç.Hüseynzadə İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. İclasda AOK-un prezidenti Janez Koçijançiçin, baş katib Rafael Paqnozzinin, Milli Olimpiya Komitələri Assosiyasiyasının baş katibi Qunilla Lindberqin də iştirakı gözlənilir.

Mayın 18-19-da isə Avropa Olimpiya Komitəsinin 39-cu seminarı işə başlayacaq. Seminar çərçivəsində Olimpiya idman növləri, sosial inteqrasiya, qadın və idman, idmanda texnologiya və s. mövzular üzrə çıxışlar ediləcək.

Həmçinin 2020-ci il Tokio və 2024-cü il Paris Olimpiya Oyunlarının Təşkilat komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. “Minsk 2019” ikinci Avropa Oyunları, “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalı ilə bağlı da məruzələr dinləniləcək. 


AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə “Pyotr Nurovski – Avropanın ən yaxşı gənc idmançısı” mükafatı təqdim olunacaq.

BAKI. 15.05.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9096
Rusiya rublu
0.0267
Hava proqnozu
+34°
 / +24°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010