Banerlər
Xəbərlər

 

İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİNDƏ BMT-NİN İNKİŞAF PROQRAMININ MİSSİYASI İLƏ GÖRÜŞ KEÇİRİLİB

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) "Ölkə proqramı üzrə müstəqil qiymətləndirmə" missiyası ilə görüşüb.

İİTKM-dən bildirilib ki, V.Qasımlı ölkədə aparılan uğurlu iqtisadi islahatlar, Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri, mərkəzin monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər, eləcə də "Azexport.az", "EnterpriseAzerbaijan.com", Rəqəmsal Ticarət Qovşağı, "Azranking.az" və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə ətraflı məlumat verib.

İcraçı direktor, həmçinin Strateji Yol xəritələrinin, müvafiq monitorinq və qiymətləndirmə çərçivəsinin hazırlanmasında UNDP tərəfindən təmin edilən ekspert dəstəyi və donor qurumları ilə koordinasiyada əməkdaşlığı yüksək qiymətləndirib.

UNDP-nin qiymətləndirmə missiyasının rəhbəri Elinor Bajraktari və qiymətləndirmə mütəxəssisi Anna Querragionun Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həm Strateji Yol xəritələrinin, həm də digər dövlət proqramlarının hazırlanması, icrası və monitorinqində nəzərə alınması, UNDP-in ölkədə strateji idarəetmə tədbirlərinə töhfəsi, idarəetmə islahatları barədə Azərbaycanın maraqlı təcrübəsi olduğunu bildiriblər.

Müzakirələr zamanı Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, "ASAN xidmət"in fəaliyyəti, fiskal sahədə aparılan institusional və tənzimlə islahatları, Orta Müddətli Xərclər Çərçivəsi, Fiskal Qayda, Orta və Uzun Müddətli Dövlət Borcu Strategiyası və Nəticə-Əsaslı Büdcə İdarəçiliyi kimi sənədlərin qəbul edilməsi barədə məlumat verilib. Yeni iqtisadi inkişaf strategiyası, şaxələndirmə, insan kapitalı və fiskal islahatlar kimi strateji sahələr gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib.

Sonda qonaqlara "Doing Business 2020"yə həsr olunan islahat icmalı və "Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə" nəticələrinə dair icmallar təqdim olunub.

BAKI. 15.05.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8788
Rusiya rublu
0.0267
Hava proqnozu
+34°
 / +26°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010