Banerlər
Xəbərlər

 

PEKİNDƏ LEYLA ƏLİYEVANIN XARİCİ ÖLKƏLƏRLƏ DOSTLUQ ÜZRƏ ÇİN XALQ ASSOSİASİYASININ SƏDRİ İLƏ GÖRÜŞÜ OLUB

Mayın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekində Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ilə görüşüb.

Li Syaolin ötən il Azərbaycana səfərini, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşlərini məmnunluqla xatırlayıb.

Xanım Li Syaolin rəhbərlik etdiyi təşkilatın Azərbaycan ilə əlaqələrindən danışaraq, bu işdə Heydər Əliyev Fondu ilə sıx əməkdaşlığın xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verdiyini deyib.

Leyla Əliyeva Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında səmərəli əməkdaşlığı xüsusi vurğulayaraq, bu çərçivədə təşkil olunan tədbirlərdən danışıb. Gələcəkdə bu cür layihələrin qarşılıqlı olaraq davam etdiriləcəyinə əminlik ifadə olunub.

BAKI. 15.05.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9020
Rusiya rublu
0.0265
Hava proqnozu
+31°
 / +22°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010