Banerlər
Xəbərlər

 

"ZİRVƏ" BEYNƏLXALQ UŞAQ OYUNLARINDA KARATE YARIŞLARININ QALİBLƏRİ MÜKAFATLANDIRILIB

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda və Astarada keçirilən 7-ci "Zirvə" Beynəlxalq Uşaq Oyunları davam edir.

Azərbaycan Karate Federasiyasından bildiriblər ki, 12 ölkədən 4 mindən çox atlet idmanın 27 növü üzrə mübarizəyə qoşulub. Turnirdə 30-dan çox klubu təmsil edən 400-ə yaxın karateçi qüvvəsini sınayır.

Müxtəlif çəki dərəcələrində və 5 yaş, 6-7 yaş, 8-9 yaş, 10-11 yaş və 12-13 yaş qrupları üzrə keçirilən yarışların qalib və mükafatçıları müəyyənləşib. Yarışda fərqlənənlərə medal, diplom və xüsusi hədiyyələr təqdim olunub.

"Zirvə" beynəlxalq idman klublarının təşkilatçılığı ilə keçirilən yarışlarda idmançılar ağırlıqqaldırma, atçılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii gimnastika, idman gimnastikası, sərbəst güləş, yunan-Roma güləşi, karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində mübarizə aparırlar.

Mayın 28-dək davam edəcək "Zirvə” oyunlarının məqsədi ulu öndər Heydər Əliyev irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması, eyni zamanda, idmanın təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, atletlərin ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

BAKI. 14.05.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9005
Rusiya rublu
0.0260
Hava proqnozu
+28°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010