Banerlər
Xəbərlər

 

BAKI KİTAB MƏRKƏZİNDƏ “YAZIÇI İLƏ DİALOQ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ GÖRÜŞ

Bakı Kitab Mərkəzinin “Yazıçı ilə dialoq” layihəsinin növbəti qonağı Azərbaycanın görkəmli şairi, yazıçısı və kinodramaturqu Ramiz Rövşən olub.

Çoxsaylı pərəstişkarlarını salamlayan şair görüşdə həyatı, yaradıcılığı, ədəbiyyata gəlişi haqqında söhbət açıb və oxucuların suallarını cavablandırıb.

Daha sonra o, uşaq ədəbiyyatında mövcud olan problemlərdən, ədəbi tərcüməçi fəaliyyətindən danışıb, fəlsəfi, düşündürücü şeirlər haqqında fikirlərini bölüşüb və dünya klassiklərdən kəlamlar oxuyub.

Görüşdə R.Rövşən yeni “Sevgi açarı” kitabını da təqdim edib, ilk dəfə çap olunmuş gənclik dövrü şeirlərini oxuyub və ən məşhur şeirlərini səsləndirib. Sonda şair oxucular üçün kitablarını imzalayıb.

BAKI. 14.05.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9005
Rusiya rublu
0.0260
Hava proqnozu
+28°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010