Banerlər
Xəbərlər

 

BU GÜN BAKIDA PARACÜDO ÜZRƏ BEYNƏLXALQ QRAN-PRİ YARIŞLARINA START VERİLƏCƏK

Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına start veriləcək.

Heydər Əliyev adına İdman Sarayında keçiriləcək yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.

Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edəcək. Kişilərin yarışında 11, qadınların mübarizəsində isə 10 idmançımız tatamiyə çıxacaq.

Yarışa mayın 14-də yekun vurulacaq.

Qeyd edək ki, Qran-Pri “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

BAKI. 13.05.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9096
Rusiya rublu
0.0267
Hava proqnozu
+34°
 / +24°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010