Banerlər
Xəbərlər

 

KÜVEYT KİV-LƏRİ ULU ÖNDƏRİN ANADAN OLMASININ 96-CI İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ BU ÖLKƏDƏ KEÇİRİLƏN ANIM MƏRASİMİNİ GENİŞ İŞIQLANDIRIB

Küveytin geniş oxucu auditoriyasına malik “Əl-Cəridə”, “Əl-Nahar”, “Əl-Ənbə” qəzetlərində və “Dasmannews” elektron nəşrində ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə bu ölkədə keçirilən anım mərasimi ilə bağlı geniş məqalələr dərc edilib.

Azərbaycanın Küveytdəki səfirliyindən bildirilib ki, həmin qəzetlərdə yayılan məqalələrdə səfir Elxan Qəhrəmanın Ulu Öndərlə bağlı fikirlərinə istinad edilib.

Yazılarda vurğulanıb ki, dahi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətlər göstərib. Qeyd olunub ki, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycana sədaqətlə xidmət edib, müdrik və uzaqgörən fəaliyyəti ilə xalqımızın yaddaşında əbədi iz buraxıb.

Məqalələrdə, həmçinin Küveyt-Azərbaycan münasibətləri yüksək qiymətləndirilib, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin hər iki xalqın milli maraqlarına uyğun olaraq inkişaf etdiyi vurğulanıb.

BAKI. 13.05.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9005
Rusiya rublu
0.0260
Hava proqnozu
+28°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010