Banerlər
Xəbərlər

 

FİNLANDİYADA YAŞAYAN AZƏRBAYCANLILAR VƏ RUSLAR 9 MAY - QƏLƏBƏ GÜNÜNÜ BİRGƏ QEYD EDİBLƏR

Finlandiyada yaşayan azərbaycanlılar və ruslar 9 May - Qələbə Gününü birgə qeyd ediblər.

Finlandiyanın Hanko şəhərində keçirilən tədbirə müharibədə qalib gəlmiş digər xalqların nümayəndələri də qatılıblar.

Azərbaycanlı diaspor fəallarının, yerli ictimaiyyət nümayəndələrinin və müxtəlif diaspor təşkilatlarının üzvlərinin, habelə Rusiyanın Finlandiyada səfiri Pavel Kuznezovun da qatıldığı tədbirdə çıxış edən Finlandiyada Azərbaycan-Türk Gənclər təşkilatın sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Ülviyyə Cabbarova Azərbaycan xalqının İkinci Dünya müharibəsində qazanılan qələbədəki rolundan bəhs edib. Ülviyyə Cabbarova xatırladıb ki, müharibədə 700 minə yaxın azərbaycanlı iştirak edib, lakin ölkəmizin töhfəsi bununla kifayətlənmir və müharibədə qazanılan qələbədə Bakı neftinin xüsusi rolu olub.

BAKI. 13.05.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9096
Rusiya rublu
0.0267
Hava proqnozu
+34°
 / +24°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010