Banerlər
Xəbərlər

 

MAYDA BAKIDA “MONEX CASPİAN” SAMMİTİ KEÇİRİLƏCƏK

Ölkə başçısı tərəfindən təsdiq olunmuş Strateji Yol Xəritəsinə əsasən, Azərbaycanda bütün banklar 2025-ci ilə qədər rəqəmsallaşdırılmalıdır. Müasir dünya tendensiyalarını, qarşıya qoyulan hədəfi nəzərə alaraq, mayın 30-31-də Bakı genişmiqyaslı “Monex Caspian” sammiti keçiriləcək.

“Monex Caspian” yeni iş imkanları yiyələnmək, əməkdaşlıq əlaqələrini gücləndirmək və son tendensiyaları müəyyən etmək üçün Azərbaycanda təşkil olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstək göstərilən sammitdə 300-dən çox yerli və xarici şirkət, 70-dən artıq spiker və 50-dək ölkədən nümayəndə iştirak edəcək.

BAKI. 26.04.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9096
Rusiya rublu
0.0267
Hava proqnozu
+34°
 / +24°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010