Banerlər
Xəbərlər

 

BEYNƏLXALQ KİNO ARXİVLƏRİ FEDERASİYASININ NÖVBƏTİ KONQRESİNDƏ ÖLKƏMİZ DƏ TƏMSİL OLUNUB

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) 75-ci konqresi keçirilib. Açılışı mötəbər qonaqların iştirakı ilə reallaşan konqres çərçivəsində Azərbaycan Dövlət Film Fondu üçün geniş təqdimat təşkilat olunub.

Dövlət Film Fondunun mətbuat xidmətindən bildirib ki, İsveçrə Kino Arxivində gerçəkləşən təqdimat mərasimində Fondun direktoru Rasim Salmanov, baş mütəxəssis Rəşad Qasımov və Azərbaycan Respublikasının İsveçrədəki səfirliyinin nümayəndələri iştirak ediblər. 66 ölkədən 140 kino arxivi təşkilatını təmsil edən 450 qonağın iştirak etdiyi mərasimdə çıxış edən Fondun baş mütəxəssisi Rəşad Qasımov Dövlət Film Fondunun fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edib ki, 2008-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə inşa edilmiş Fondun yeni binasında filmlərin qorunub saxlanılması və bərpası üçün müasir tələblərə cavab verən şərait yaradılıb. Daha sonra Fondun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Azərbaycan kinosu və Dövlət Film Fondu ilə bağlı verilən suallar cavablandırılıb.

Konqres çərçivəsində bir sıra simpoziumlar keçirilib, yeni kino arxiv texnologiyaları və onların tətbiqi qaydaları ilə bağlı dəyirmi masalar təşkil olunub.

UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİNİN ŞAGİRDLƏRİ BEYNƏLXALQ MÜSABİQƏDƏ UĞURLA ÇIXIŞ EDİBLƏR

Fransada keçirilən “La culture slave a Paris” beynəlxalq müsabiqəsində ölkəmizdə uğurla çıxış edib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, müsabiqə Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin fortepiano ixtisası üzrə təhsil alan şagirdləri laureat adı qazanıblar.

Müsabiqədə Cansu Qasımova birinci dərəcəli, Lalə Bayramlı isə üçüncü dərəcəli diplomlarla təltif edilib.

BAKI. 15.04.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9202
Rusiya rublu
0.0266
Hava proqnozu
+10°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010