Banerlər
Xəbərlər

 

DAŞKƏNDDƏ İDARƏETMƏ VƏ ŞƏFFAFLIQLA BAĞLI FORUMDA AZƏRBAYCANLI MÜTƏXƏSSİSLƏR DƏ İŞTİRAK EDİB

Özbəkistan Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Daşkənddə peşəkar etika, idarəetmə və şəffaflıq (PRİMO) üzrə 15-ci forum keçirilib.

Azərbaycanlı mütəxəssislərin də qatıldıqları forumda 25 ölkədən iqtisadçı alimlər, bank sahəsi üzrə mütəxəssislər, Dünya Bankının, İslam İnkişaf Bankının, Asiya İnkişaf Bankının, Dünya Ticarət Təşkilatının və digər beynəlxalq maliyyə qurumlarının təmsilçiləri iştirak ediblər.

Forumda dövlət investisiya layihələrində özəl kapitalın iştirakı, tədarükün təşkilinin hüquqi və etik əsasları, iri investisiya layihələri çərçivəsində idarəetmə, dövlət investisiya layihələrindən istifadə, müasir texnologiyaların tətbiqi və digər mövzularda müzakirələr aparılıb.

BAKI. 15.04.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9202
Rusiya rublu
0.0266
Hava proqnozu
+10°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010