Banerlər
Xəbərlər

 

“EURACTİV” NƏŞRİ AZƏRBAYCAN-AVROPA İTTİFAQI ƏMƏKDAŞLIQ ŞURASININ FƏALİYYƏTİNİ İŞIQLANDIRIB

Belçikanın "Euractiv" nəşri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının sayca 16-cı iclasının yekununa dair söylədiyi fikirlərin yer aldığı məqalə dərc edib. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.

Məqalədə qeyd edilir ki, siyasətçi Aİ və Azərbaycanın tezliklə yeni ticarət və siyasi saziş imzalayacağına ümidvar olduğunu bildirib.

Məqalədə Aİ-Azərbaycan münasibətlərinin tərəflər arasında 1999-cu ildən qüvvədə olan tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişə əsaslandığı diqqətə çatdırılır. 2017-ci ilin fevralında yeni çərçivə sazişi üzrə danışıqlar başlayıb. Onun imzalanması yaxın vaxtlarda olacaq, lakin bir neçə həll olunmamış məsələlər qalır.

Moqerini deyib ki, Brüssel və Bakı danışıqların “yeni iddialı ikitərəfli saziş” üzrə “yekun həlledici mərhələsindədir”.

Məqalədə qeyd olunur ki, Aİ ilə assosiasiya haqqında və "azad ticarət" barədə sazişlər imzalamış Ukrayna, Gürcüstan və Moldovadan fərqli olaraq, karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan Aİ ilə keyfiyyətcə başqa səviyyədə çox sıx münasibətlərə can atır.

BAKI. 09.04.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9202
Rusiya rublu
0.0266
Hava proqnozu
+10°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010