Banerlər
Xəbərlər

 

“GƏNCLƏRƏ DƏSTƏK” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ KONSERT

“Gənclərə dəstək” layihəsi çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşan konsertdə respublika və beynəlxalq müsabiqələr laureatı olan ifaçıların çıxışları dinlənilib.

Musiqili gecədə Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Süleyman Ələsgərovun “Şalaxo”, “Vətənimdir”, Vasif Adıgözəlovun “Layla”, Tofiq Quliyevin “Qaytağı”, Emin Sabitoğlunun “Şükriyyə” və digər əsərlər ifa olunub.

BAKI. 09.04.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8968
Rusiya rublu
0.0266
Hava proqnozu
+24°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010