Banerlər
Xəbərlər

 

İRNA: İRAN-AZƏRBAYCANIN ƏLAQƏLƏRİ BÜTÜN SAHƏLƏR ÜZRƏ İNKİŞAF MƏRHƏLƏSİNİ YAŞAYIR

İranın İRNA rəsmi informasiya agentliyinin saytında “İran ilə Azərbaycanın əlaqələri bütün sahələr üzrə inkişaf mərhələsini yaşayır” sərlövhəli məqalə dərc olunub.

Məqalədə ortaq tarixə və mədəniyyətə malik olan iki qonşu və dost ölkə arasında əlaqələrin qarşılıqlı etimada əsasən inkişaf etdiyi vurğulanır.

Diqqətə çatdırılıb ki, hər iki ölkənin prezidenti siyasi iradə nümayiş etdirərək dostluq və qardaşlıq münasibətləri yaradıblar. Xüsusən ötən il müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı rəsmi səfərlər intensiv xarakter daşıyıb. Daxili işlər və iqtisadiyyat nazirlərinin, habelə sərhəd qoşunları komandanlarının qarşılıqlı səfərləri tərəflər üçün həm iqtisadi əməkdaşlıq, həm də təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından səmərəli olub.

Məqalədə İran ilə Azərbaycan arasında media sahəsində əməkdaşlıq əlaqələrinin də yüksələn xətlə inkişafının məmnunluq doğurduğu bildirilir. Qeyd edilir ki, ötən il Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanov Tehranda səfərdə olub. Səfər zamanı İranın İRNA rəsmi dövlət informasiya agentliyinin rəhbəri Seyid Ziya Haşimi ilə görüş keçirilib və media sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Materialda, həmçinin vurğulanır ki, İran-Azərbaycan əlaqələrinin genişləndirilməsi üçün heç bir maneə yoxdur və bu, hər iki xalqın mənafeyinə uyğundur. İran və Azərbaycan prezidentləri məhz xalqların iradəsini və maraqlarını nəzərə alaraq dövlətlərimiz arasında münasibətlərin daha da inkişafına nail olmağa çalışırlar.

BAKI. 09.04.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9338
Rusiya rublu
0.0269
Hava proqnozu
+35°
 / +25°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010