Banerlər
Xəbərlər

 

POLŞADA GƏNCLƏR ŞƏRQ TƏRƏFDAŞLIĞININ GƏLƏCƏYİNİ MÜZAKİRƏ EDİBLƏR

“Yeni nəsil” Gənclər Sammitinin ilk buraxılışı Şərq Tərəfdaşlığının yaranmasının 10-cu ildönümünə həsr edilib.

Varşavadakı Avropa Kollecində keçirilən tədbirin təşkilatçıları Avropa Qonşuluq Siyasəti Assosiasiyasının üzvləri olublar.

Tədbirə kollecin 40-a yaxın tələbəsi, həmçinin Avropa İttifaqının və Şərq Tərəfdaşlığına daxil olan 6 ölkənin - Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukraynadan olan ictimai xadim və gənc mütəxəssis qatılıb.

Sammit çərçivəsində keçirilən panellərdə tərəflər arasında institusiyaları gücləndirmək və yaxşı idarəetmə, iqtisadi inkişaf, bazar imkanları yaratmaq, enerji səmərəliliyi, ekoloji və iqlim dəyişikliyi, hərəkətlilik və əlaqələrin gücləndirilməsi kimi məsələlər ətrafında müzakirələr aparılıb.

BAKI. 08.04.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8968
Rusiya rublu
0.0266
Hava proqnozu
+24°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010