Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN CÜDOÇULARI ANTALYA QRAN-PRİSİNİ DÖRD MEDALLA BAŞA VURUBLAR

Aprelin 5-dən 7-dək Antalyada keçirilən cüdo üzrə Qran-Pri yarışı başa çatıb.

Beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha iki medal qazanıblar. Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (+78 kq) Monqolustan, İsrail, Rusiya və Braziliya cüdoçularını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuzun mükafatlandırma mərasimində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak edib. Kişi cüdoçular arasında mübarizə aparan Elmar Qasımov (100 kq) yalnız bir görüşdə uduzaraq bürünc medala layiq görülüb. Elmar üçüncü yer uğrunda qarşılaşmada Misir idmançısı Ramazan Dərvişə qalib gəlib.

Beləliklə, Azərbaycan cüdoçuları Türkiyədə baş tutan nüfuzlu yarışı dörd medalla (1 qızıl, 1 gümüş və 2 bürünc) başa vurublar. Xatırladaq ki, əvvəlki yarış günlərində Rüstəm Orucov (73 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.

BAKI. 08.04.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9202
Rusiya rublu
0.0266
Hava proqnozu
+10°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010