Banerlər
Xəbərlər

 

AZƏRBAYCANIN 10 MİLYONUNCU SAKİNİNİN DÜNYAYA GƏLMƏSİ MÜNASİBƏTİLƏ DƏNİZKƏNARI MİLLİ PARKDA ATƏŞFƏŞANLIQ OLUB

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə aprelin 7-də Dənizkənarı Milli Parkda konsert proqramı təşkil edilib.

Konsert atəşfəşanlıqla başa çatıb.

Şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, atəşfəşanlığa maraqla tamaşa ediblər.

On milyonuncu sakinin doğulması münasibətilə gün ərzində Bakı şəhərinin bir sıra rayonlarında ağacəkmə aksiyası və konsert proqramları təşkil olunub.

Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

BAKI. 08.04.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9338
Rusiya rublu
0.0269
Hava proqnozu
+35°
 / +25°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010