Banerlər
Xəbərlər

 

KARATE ÜZRƏ “BAKU OPEN” BEYNƏLXALQ TURNİRİ START GÖTÜRÜB

Martın 14-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Baku Open” beynəlxalq karate turniri start götürüb.

Yarışda Azərbaycan karateçiləri ilə yanaşı, Rusiya, Türkiyə, ABŞ, İngiltərə, Ukrayna, Gürcüstan, Avstriya, Yaponiya, Qazaxıstan və İran komandaları da iştirak edirlər.

Fərdi kata və kumite yarışlarının birinci günündə böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparırlar. Martın 15-də 16-17 yaşlı və 21 yaşadək gənclər tatami üzərinə çıxacaqlar. Martın 16-da 14-15 yaşlı yeniyetmələr, bir gün sonra isə 6-13 yaşadək uşaqlar qarşılaşacaqlar.

Turnirin açılış mərasimi martın 15-də olacaq.

BAKI. 14.03.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9008
Rusiya rublu
0.0262
Hava proqnozu
+27°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010