Banerlər
Xəbərlər

 

ƏBU-DABİDA XXIV ÜMUMDÜNYA ENERGETİKA KONQRESİ KEÇİRİLƏCƏK

Bu ilin sentyabrında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə XXIV Ümumdünya energetika konqresi keçiriləcək. Bu təbdir Körfəz ölkələrində ilk dəfə baş tutacaq.

Sentyabrın 9–12-də keçiriləcək Dünya Energetika Şurasının əsas tədbiri olan Ümumdünya energetika konqresində 120 ölkədən 10 mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Tədbirdə dünyanın energetika sahəsinin liderləri, aparıcı ekspertlər və alimlər energetika sektorunun inkişafı sahəsində ən vacib məsələləri müzakirə edəcək və bu sahənin gələcəyi barədə geniş fikir mübadiləsi aparacaqlar.

Növbəti Ümumdünya energetika konqresi 2022-ci ilin iyun ayında Rusiyada keçiriləcək.

BAKI. 14.03.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9271
Rusiya rublu
0.0263
Hava proqnozu
+8°
 / +5°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010