Banerlər
Xəbərlər

 

ŞAHMAT ÜZRƏ DÜNYA ÇEMPİONATI: AZƏRBAYCAN VƏ RUSİYA MİLLİLƏRİNİN GÖRÜŞÜ HEÇ-HEÇƏ BAŞA ÇATIB

Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatının altıncı turunun oyunları başa çatıb.

Altıncı turda Azərbaycan komandası Rusiya yığması ilə heç-heçə edib. Şahmatçılarımız Arkadi Naydiç Sergey Karyaginə qalib gəlib. Eltac Səfərli Aleksandr Qrişuk, Nicat Abbasov Vladislav Artyomov ilə heç-heçə ediblər. Rauf Məmmədov isə Yan Nepomnyaşiyə məğlub olub.

Altı turun nəticəsinə görə Rusiya 10 xalla liderliyini davam etdirir. Hindistan, İngiltərə 9, ABŞ 8 xal toplayıb. Çin millisinin aktivində 6 xal, İranın isə 5 xal var. Azərbaycan, Qazaxıstan, İsveç milliləri 4 xal toplayıblar. Misirin isə 1 xalı var.

BAKI. 12.03.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9008
Rusiya rublu
0.0262
Hava proqnozu
+27°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010