Banerlər
Xəbərlər

 

BAKIDA “KİBERTƏHLÜKƏSİZLİK HƏFTƏSİ” ÇƏRÇİVƏSİNDƏ BULUD XİDMƏTLƏRİ ÜZRƏ YENİ MƏHSULLAR TƏQDİM EDİLİB

Ölkəmizdə ilk dəfə keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 12-də Bakıda “AzLnTelecom” MMC-nin təşkilatçılığı ilə “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti” adlı tədbir keçirilir.

Tədbirdə dövlət və biznes strukturlarının, təşkilatların, eləcə də, fərdi şəxslərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər barədə danışılır. Həmçinin “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi xidməti, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılır.

Tədbir çərçivəsində kibertəhlükəsizliyin qorunması üzrə dünya brendi olan “Trend Micro”nun həlləri də nümayiş etdirilib.

Qeyd edək ki, martın 11-dən 15-dək ölkəmizdə ilk dəfə keçirilən “Kibertəhlükəsizlik həftəsi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi, “Azərpoçt” MMC və Yüksək Texnologiyalar Parkı tərəfindən təşkil olunub.

BAKI. 12.03.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9271
Rusiya rublu
0.0263
Hava proqnozu
+8°
 / +5°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010