Banerlər
Xəbərlər

 

XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROV UKRAYNANIN ÖLKƏMİZƏ YENİ TƏYİN OLUNAN SƏFİRİ İLƏ GÖRÜŞÜB

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın ölkəmizə yeni təyin olunan səfiri Vladislav Kanevski ilə görüşüb.

Xarici İşlər Nazirliyindən bildiriblər ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb. Tərəflər Azərbaycan və Ukraynanın daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, regiondakı münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan ediblər.

Səfir V.Kanevski ölkəsinin Azərbaycan ilə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Vladislav Kanevskiyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Vladislav Kanevski etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

BAKI. 12.03.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.8746
Rusiya rublu
0.0259
Hava proqnozu
+25°
 / +18°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010