Banerlər
Xəbərlər

 

BERLİNDƏ “XOCALIYA ƏDALƏT!” AKSİYASI KEÇİRİLİB

Berlində Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə etiraz aksiyası keçirilib.

Brandenburq qapıları qarşısında keçirilən aksiya iştirakçıları erməni silahlı dəstələri tərəfindən bəşəriyyətə qarşı törədilmiş cinayət - Xocalı soyqırımı və 1949-cu il Cenevrə Konvensiyasının Ermənistan tərəfindən pozulması haqqında məlumatı alman ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə şəhər sakinlərinə sənədli dəlillər – qəddarcasına güllələnmiş uşaqların, qadınların və qocaların fotoşəkillərini təqdim ediblər.

Aksiyada çıxış edənlər 27 il bundan əvvəl baş vermiş faciə, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsi, habelə doğma yurdlarından didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkün haqqında məlumat veriblər. İştirakçılar “Xocalıya ədalət!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Dilqəmə və Şahbaza azadlıq!” və digər şüarlarla dünya ictimaiyyətinə çağırış ediblər.

Aksiya fəalları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzkar siyasətinin mahiyyəti haqqında informasiyanın əks olunduğu bukletləri şəhər sakinləri arasında paylayıblar.

BAKI. 25.02.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9271
Rusiya rublu
0.0263
Hava proqnozu
+8°
 / +5°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010