Banerlər
Xəbərlər

 

CÜDOÇULARIMIZ “BÖYÜK DƏBİLQƏ” TURNİRİNDƏ DÖRD MEDAL QAZANIB

Cüdoçularımız “Böyük dəbilqə” turnirində dörd medal qazanıblar.

Almaniyanın Düsseldorf şəhərində keçirilən yarışın son günü yığma komandamız üçün uğurlu olub. Bütün döyüşləri qələbə ilə başa vuran Məmmədəli Mehdiyev (90 kq) fəxri kürsünün ilk pilləsinə çıxıb. İki bürünc medalı isə komandamızın aktivinə 100 kiloqram çəki dərəcəsində Zelim Kotsoyev və qadınlar arasında 78 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska yazdırıb.

Ötən gün isə Rüstəm Orucov (73 kq) bürünc medal qazanmışdı.

Qeyd edək ki, bu nüfuzlu turnirdə 93 ölkədən 600-dən çox idmançı qüvvəsini sınayıb.

MƏMMƏDƏLİ MEHDİYEV “BÖYÜK DƏBİLQƏ” TURNİRİNİN QIZIL MEDALINI QAZANIB

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirində idmançımız qızıl medal qazanıb.

Finala qədər uğurla irəliləyən cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) həlledici döyüşdə yapon Sanşiro Muraonu məğlub edərək “Böyük dəbilqə” turnirinin qalibi olub.

Azərbaycan yarışda 15 cüdoçu ilə təmsil olunur. Bu gün Rüstəm Orucov (73 kiloqram) da komandamızın hesabına medal yazdırıb. O, turnirin bürünc mükafatını əldə edib.

Xatırladaq ki, “Böyük dəbilqə” turnirində 93 ölkədən 600-dən çox idmançı medallar uğrunda mübarizə aparır.

BAKI. 25.02.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9271
Rusiya rublu
0.0263
Hava proqnozu
+8°
 / +5°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010