Banerlər
Xəbərlər

 

İQTİSADİYYAT NAZİRİNİN RƏHBƏRLİK ETDİYİ AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ ÇİNƏ GEDİR

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti fevralın 25-dən martın 1-dək Çin Xalq Respublikasında səfərdə olacaq.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçiriləcək, ticarət və investisyalar, energetika, İKT, kənd təsərrüfatı, turizm, nəqliyyat və yükdaşımalar, texniki yardım, gənclər və idman, mədəniyyət, humanitar, qida təhlükəsizliyi və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyəti Çinə səfər çərçivəsində, həmçinin rəsmi şəxslər və aparıcı şirkətlərinin rəhbərləri ilə görüşəcək.

BAKI. 22.02.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9271
Rusiya rublu
0.0263
Hava proqnozu
+8°
 / +5°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010