Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN KİŞİ VƏ QADIN İDMAN GİMNASTİKASI ÜZRƏ FİG DÜNYA KUBOKU YARIŞLARINA EV SAHİBLİYİ EDƏCƏK

Azərbaycan Gimnastika Federasiyası martın 14-17-də kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarına ev sahibliyi edəcək.

Milli Gimnastika Arenasında keçiriləcək turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına getmək istəyən idmançılar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 51 ölkə artıq qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 167 kişi və 80 qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. Çox sayda Olimpiya mükafatçıları, dünya və Avropa çempionatı medalçılarının qatılacağı turnirin adlar ilə olan siyahısı isə fevralın ortalarında açıqlanacaq.

Dördgünlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

BAKI. 21.02.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9271
Rusiya rublu
0.0263
Hava proqnozu
+8°
 / +5°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010