Banerlər
Xəbərlər

 

“AZƏRMARKA” “QORUQLAR–2018. QARAYAZI DÖVLƏT TƏBİƏT QORUĞU” ADLI POÇT VƏRƏQİNİ TƏDAVÜLƏ BURAXIB

“Azərmarka” MMC Regional Rabitə Birliyi ölkələrinin birgə buraxılışı “Qoruqlar – 2018. Qarayazı dövlət təbiət qoruğu” adlı poçt vərəqini tədavülə buraxıb.

MMC-dən bildirilib ki, orijinal poçt vərəqi 6 markadan ibarətdir. Kiçik vərəqin ölçüsü 151x144 millimetr, markanın ölçüsü isə 37x52 millimetrdir. Vərəqə daxil olan markaların qiyməti belədir: Texas ağacdələni - 0.2 AZN, qaratoyuq - 0.3 AZN, Hildebrandt sığırçını - 0.6 AZN, adi sığırçın - 0.2 AZN, qırqovul - 0.3 AZN, şanapipik - 0.6 AZN.

Vərəqlərin ümumi tiraji 10 min nüsxə təşkil edir. Həmçinin 200 ədəd “Birinci gün” zərfləri də hazırlanıb. Poçt buraxılışı “Bobruysk Integrated Printing House” çap evində işiq üzü görüb.

BAKI. 11.02.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9202
Rusiya rublu
0.0266
Hava proqnozu
+10°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010