Banerlər
Xəbərlər

 

PREZİDENT MULTİKULTURALİZM MƏRKƏZİNİN FƏALİYYƏTİNİN TƏMİN EDİLMƏSİ İLƏ BAĞLI SƏRƏNCAM İMZALAYIB

Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncam Azərbaycanda multikulturalizm ənənələrinin daha geniş təbliğ olunması məqsədilə imzalanıb.

Sərəncama əsasən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu ildə fəaliyyətinin təmin olunması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə 800 min manat ayrılıb.

Sərəncamda deyilir ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ötən dövr ərzində Azərbaycan Respublikasında multikulturalizm ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

BAKI. 05.02.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9187
Rusiya rublu
0.0255
Hava proqnozu
+6°
 / +4°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010