Banerlər
Xəbərlər

 

FORMULA 1 QRUPU İLƏ İMZALANMIŞ YENİ MÜQAVİLƏ AZƏRBAYCANIN YARIŞA UĞURLA EV SAHİBLİYİ ETMƏSİNİN GÖSTƏRİCİSİDİR

Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans davam edir.

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru Natəvan Məmmədova konfransda çıxış edərək bildirib ki, mötəbər beynəlxalq yarışların ölkəmizdə keçirilməsi orta və kiçik biznes də olmaqla bütün sahələrin inkişafına töhfə verir. İdman yarışmaları, eyni zamanda, turizm sektorunun inkişafına da mühüm təsir göstərir.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid təbliğat zamanı brendin uğurla seçilməsinin önəmli olduğunu deyib. Bildirib ki, Azərbaycanla bağlı sonuncu tanıtım videosu ötən ilin sonunda ictimaiyyətə təqdim edilib. Videoçarxın Londonda nümayişi çox uğurlu olub. Cari ildə isə bu təbliğatın Rusiya, Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Almaniyada təşkili nəzərdə tutulub. Digər ölkələrdə də təbliğatın aparılması planlaşdırılır.

Formula 1 yarışının təşkilatçısı Emili Preyzer Azərbaycan Qran-Prisinin dünya çempionatının təqvimində xüsusi çəkiyə malik olduğunu deyərək diqqətə çatdırıb ki, Azərbaycanda kifayət qədər Formula 1 azarkeşi var. Bütün bunlar rəqəmsal platformalarda aparılan hesablamalar zamanı müəyyən edilir. İldən-ilə yarışı izləyənlərin sayı artır və Azərbaycan Qran-Prisi ilin ən yaxşı yürüşü adını qazanır. Bütün bunlar Azərbaycan Qran-Prisinin təşkilatçılarının yüksək peşəkarlığından xəbər verir.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Formula 1 yarışının Azərbaycanda keçirilməsinin daha üç il uzadılmasının müsbət hal olduğunu bildirib. O qeyd edib ki, bu müqavilə Azərbaycanın Qran-Priyə uğurla ev sahibliyi etməsinin göstəricisidir. Azərbaycanın mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük uğurlar əldə etdiyini vurğulayan A.Rəhimov deyib: “Biz yarışı təşkil etməyə başlayanda uğur qazanıb-qazanmayacağımızı bilmirdik. Formula 1 tərəfdaşlarının və hökumətin verdiyi rəy işimizin uğurlu olduğunu göstərir. Çalışacağıq ki, qarşıdakı illərdə də uğurlarımız davam etsin”.

Digər çıxış edənlər də irimiqyaslı idman yarışlarının ölkə üçün əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu yarışlar iqtisadi inkişafa töhfə verməklə yanaşı, ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasına da səbəb olur.

11:37

Formula 1 Azərbaycan Qran-Prisinin ölkəmizdəki təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə fevralın 5-də “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfransa BŞH-nin icraçı direktoru Arif Rəhimov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, “Heineken International” şirkətinin Formula 1 və Formula E yarışlarına sponsorluğuna dair aparıcı mütəxəssis Ben Pinkus və Formula 1 yarışlarının təşkilatçısı Emili Preyzer qatılıblar.

Konfransda “Formula 1: Qlobal brendler platforması” mövzusunda müzakirələr aparılır.

BAKI. 05.02.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9096
Rusiya rublu
0.0267
Hava proqnozu
+34°
 / +24°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010