Banerlər
Xəbərlər

 

QARA QARAYEVİN MUSİQİLƏRİ FRANSANIN “MEZZO” KANALINDA SƏSLƏNDİRİLİB

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin musiqiləri onun ad günündə Fransanın “Mezzo” kanalında səsləndirilib.

“Les Films de la Decouverte” şirkətinin görkəmli bəstəkarımıza həsr edilmiş musiqili sənədli filmi Fransanın radio və televiziya kanallarında müntəzəm olaraq yayımlanır. Avropalı musiqisevərlərin marağına səbəb olan bu film Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə çəkilib.

Qara Qarayevin anadan olmasının 100 illiyi çərçivəsində hazırlanan filmdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov nüfuzlu “Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını və 24 prelüdiyasını səsləndirib. Evyan şəhərində çəkilmiş bu filmdə Qara Qarayevin musiqisi beynəlxalq səviyyədə ilk dəfə lentə alınıb.

Qeyd edək ki, film fevralın 13-də, 15-də, 19-da və 21-də kanalda təkrar yayımlanacaq.

BAKI. 05.02.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9202
Rusiya rublu
0.0266
Hava proqnozu
+10°
 / +7°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010