Banerlər
Xəbərlər

 

TEYMUR RƏCƏBOV VƏ ŞƏHRİYAR MƏMMƏDYAROV “TATA STEEL MASTERS-2019” ŞAHMAT TURNİRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

Yanvarın 12-də Hollandiyanın Veyk-an-Zee şəhərində ənənəvi “Tata Steel Masters-2019” şahmat turniri start götürəcək.

81-ci dəfə keçiriləcək turnirin iştirakçıları arasında 11 dünya çempionu və ən güclü qrossmeysterlər yer alıb. Turnirdə Azərbaycanı 2007-ci ildə bu yarışın qalibi olan qrossmeyster Teymur Rəcəbov və hazırda dünya reytinqində üçüncü pillədə olan Şəhriyar Məmmədyarov (2817) təmsil edəcəklər.

Xatırladaq ki, 1938-ci ildən keçirilən “Tata Steel Masters” turnirlərində ən çox qalib gələn şahmatçı hazırkı dünya çempionu, norveçli Maqnus Karlsendir. O, altı dəfə bu turnirin qalibi olub.

BAKI. 10.01.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9005
Rusiya rublu
0.0260
Hava proqnozu
+28°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010