Banerlər
Xəbərlər

 

YAPONİYANIN “NIPPON AM” RADİOSUNDA AZƏRBAYCAN HAQQINDA XÜSUSİ VERİLİŞ YAYIMLANIB

Yaponiyanın “Nippon AM” radiosunda Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb.

Verilişdə “Cross Border Club” şirkətinin meneceri, “World Investors TV” internet televiziyasının prodüseri Kazuyasu İşida və verilişin aparıcısı Kuroki Hitomi Azərbaycan haqqında, o cümlədən ölkəmizin coğrafi mövqeyi, əhalisi, tarixi, mədəniyyəti, müstəqilliyin bərpa edilməsindən ötən dövrdə əldə edilən uğurlar barədə də yapon dinləyicilərə ətraflı məlumat veriblər.

Son illər Azərbaycan və Yaponiya arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirən K.İşida müəllifi olduğu “Yaponların tanımadığı sürətlə inkişaf edən ölkə - Azərbaycan” və “Land of fire Azerbaijan” kitabları barədə də danışıb. Birinci kitabın yapon iş adamları üçün nəzərdə tutulduğunu, digərinin isə ölkəmizin görməli yerləri, mədəniyyəti, turizm imkanları haqqında olduğunu dinləyicilərin diqqətinə çatdırıb. Azərbaycana dəfələrlə səyahət etdiyini deyən K.İşida Bakı şəhərinin gözəlliyinin ziyarətçiləri valeh etdiyini xüsusi vurğulayıb. Azərbaycan paytaxtının yalnız müasir tikililəri ilə deyil, eyni zamanda, tarixi abidələri ilə də diqqəti cəlb etdiyini vurğulayıb.

Qeyd edək ki, radionun internet səhifəsində veriliş barədə məlumatda Bakının görməli yerləri barədə fotolar da yerləşdirilib.

Bildirib ki, bu, Yaponiyada Azərbaycana olan marağın gündən-günə daha da artdığını təsdiq edir.

Bütün Yaponiya ərazisində yayımlanan verilişdə beş gün ərzində Azərbaycan haqqında məlumatların yapon tamaşaçılara çatdırılması nəzərdə tutulur.

BAKI. 07.01.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9005
Rusiya rublu
0.0260
Hava proqnozu
+28°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010