Banerlər
Xəbərlər

 

SOCAR-IN VİTSE-PREZİDENTİ PARİSDƏ “METAN EMİSSİYALARININ AZALDILMASI ÜZRƏ RƏHBƏR PRİNSİPLƏR” ADLI TƏDBİRDƏ İŞTİRAK EDƏCƏK

Yanvarın 11-də Fransa Respublikasının paytaxtı Parisdə “Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər” mövzusunda tədbir keçiriləcək.

SOCAR-dan verilən məlumata görə, tədbir BP, Eni, Equinor, ExxonMobil, Shell, Total və Wintershall şirkətlərinin təşəbbüsü ilə təşkil olunur.

Tədbirdə SOCAR-ı şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə təmsil edəcək.

Qeyd edək ki, qlobal istiləşmə və iqlim dəyişmələri bu gün bütün bəşəriyyəti narahat edən problemlərdəndir. Bu kimi məsələlərin həllində SOCAR beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.

BAKI. 07.01.2019. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9005
Rusiya rublu
0.0260
Hava proqnozu
+28°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010