Banerlər
Xəbərlər

 

QƏTƏRDƏ KEÇİRİLƏN AĞIR ATLETİKA ÜZRƏ BEYNƏLXALQ TURNİRDƏ İDMANÇIMIZ BÜRÜNC MEDAL QAZANIB

Dekabrın 21-də Qətərin paytaxtı Dohada keçirilən ağır atletika üzrə 5-ci Beynəlxalq Qətər kuboku turnirində idmançımız Səbinə Əzimova bürünc medal qazanıb.

S.Əzimova 55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 74 kiloqramı, təkanla qaldırma hərəkətində isə 92 kiloqramı ram edib. Ümumi 166 kiloqram (74+92) nəticə ilə Səbinə Əzimova bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Səbinə Əzimovadan əlavə, Boyanka Kostova da körpücük üzərinə çıxacaq.

Turnir “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

BAKI. 21.12.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9005
Rusiya rublu
0.0260
Hava proqnozu
+28°
 / +17°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010