Banerlər
Xəbərlər

 

AZƏRBAYCAN PREMYER LİQASINDA XIII TURUN ƏN YAXŞI FUTBOLÇUSU VƏ RƏMZİ KOMANDASI MÜƏYYƏNLƏŞİB

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun rəmzi komandası açıqlanıb.

“InStat” şirkətinin təhlili əsasında formalaşdırılan rəmzi “11-lik”də “Qarabağ”ın 7, “Zirə”nin 2, “Neftçi” və “Sabah”ın hər birindən bir futbolçu yer alıb.

Ağdam təmsilçisinin qapıçısı Səlahət Ağayev 7-ci, “Sabah”ın hücumçusu Marko Deviç 5-ci, Filip Ozobiç (“Qarabağ”) isə 4-cü dəfə həftənin komandasına seçiliblər. “Qarabağ”dan Mahir Mədətov, Abdullah Zubir, Bədavi Hüseynov, “Zirə”dən İlkin Qırtımov üçüncü, Miloş Radivoyeviç (“Zirə”) və Ansi Aqolli (“Qarabağ”) iki dəfə rəmzi komandada yer alıblar. “Qarabağ” klubunun futbolçuları Dani Kintana və Qara Qarayev isə ilk dəfə Azərbaycan Premyer Liqasının rəmzi komandasına daxil ediliblər.

“InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XIII turunun ən yaxşı futbolçusu da məlum olub. Bu, “Qarabağ”ın futbolçusu Mahir Mədətovdur. O, “Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda mübarizə aparıb və rəqibin qapısına üç qolla yadda qalıb. Araşdırmalara əsasən Mahir Mədətov turun ən yaxşı indeksə malik futbolçusudur.

BAKI. 06.12.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9335
Rusiya rublu
0.0255
Hava proqnozu
+10°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010