Banerlər
Xəbərlər

 

ƏFQANISTANIN AZƏRBAYCANDAKI YENİ SƏFİRİ ETİMADNAMƏSİNİN SURƏTİNİ XARİCİ İŞLƏR NAZİRİNƏ TƏQDİM EDİB

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Xeyrullah Spelenay ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarov Xeyrullah Spelenayı Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Əfqanıstan arasında mövcud ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edilib, müxtəlif sahələrdə, o cümlədən ticarət və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu bildirilib.

Səfir Azərbaycanın Əfqanıstanda təhlükəsizlik və sabitliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib. O, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Diplomat etimadnaməsinin surətini nazirə təqdim edib.

BAKI. 29.11.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9335
Rusiya rublu
0.0255
Hava proqnozu
+10°
 / +8°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010