Banerlər
Xəbərlər

 

BAKIDA AZƏRBAYCAN VƏ GÜRCÜSTAN MÜDAFİƏ NAZİRLİKLƏRİNİN TƏHSİL ÜZRƏ EKSPERTLƏRİ ARASINDA İŞÇİ GÖRÜŞÜ BAŞLAYIB

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Gürcüstanın Müdafiə Nazirliyi arasında imzalanan 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, noyabrın 6-da Bakıda hər iki ölkənin müvafiq qurumlarının təhsil üzrə ekspertləri arasında işçi görüşü başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iki gün davam edəcək görüşdə NATO-nun STANAG testlərinin tərtibatına və qarşılıqlı sınaqdan keçirilməsinə dair fikir mübadiləsi aparılacaq.

BAKI. 07.11.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9267
Rusiya rublu
0.0258
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010