Banerlər
Xəbərlər

 

OĞUZDA CÜDO ÜZRƏ REGİON BİRİNCİLİYİNİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞİB

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən bölgə birincilikləri davam edir. Oğuzda təşkil olunan region birinciliyində 2002-2004-cü il təvəllüdlü cüdoçular arasında bütün qaliblərin adlarına aydınlıq gəlib.

Yarışda Babarahim Mirzəyev (46 kq), İlham Xankişiyev (55 kq), Məhərrəm Mehdiyev (60 kq), Murad Bəşirov (66 kq), Naməddin Yunisov (73 kq) və Rəsul Ağamalıyev (81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Şimal bölgəsi üzrə yarışın mükafatçılarına Azərbaycan Cüdo Federasiyasının diplomları, medalları və hədiyyələr təqdim olunub.

BAKI. 07.11.2018. AzerTAc.


Saytda yeni
Valyuta məzənnəsi
ABŞ dolları
1.7000
Avro
1.9267
Rusiya rublu
0.0258
Hava proqnozu
+15°
 / +9°
Bakı
Qalereya
Layihə haqqında   |   Məktub yazmaq
© www.azerbaijan.az 2010